|
Ukraynanın Müstəqil Dövlətlər Birliyi (MDB) yanındakı nümayəndəliyi bağlanıb.
Oxu.Az-ın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu MDB-nin icraçı katibi Sergey Lebedev bəyan edib.
Bununla belə o bildirib ki, təşkilatın Ukrayna ilə təmasları qalır. Lebedevin sözlərinə görə, bu təmaslar Ukraynanın Minskdəki səfirliyi vasitəsi ilə həyata keçirilir.
MDB-nin icraçı katibi Ukrayanın nümayəndəliyinin bağlanmasında faciəvi heç nə görmədiyini də əlavə edib.