|
Son bir həftədə Ukraynada 538 nəfər qızılca xəstəliyinə tutulub, onlardan 293-ü uşaqdır.
AZƏRTAC bu ölkənin İctimai Sağlamlıq Mərkəzinə istinadən xəbər verir ki, ilin əvvəlindən 29,9 min insan qızılca xəstəliyinə tutulub ki, bunlardan da 12,2 mini böyük, 17,7 mini isə uşaqdır.
Bu il ərzində Ukraynada qızılca xəstəliyindən 13 nəfər ölüb.