Ermənistanın siyasi mühitində gərginliklə bağlı analitik Elçin Mirzəbəylinin Axar.az-a müsahibəsini təqdim edirik:

 

- Paşinyanın növbədənkənar parlament seçkilərində qalib gəlmək şansı varmı?

- Nikol Paşinyan növbədənkənar seçkilərinin mövcud siyasi reallıqlar şəraitində keçəcəyi təqdirdə onu ciddi sürprizlərin gözlədiyini çox güman ki, başa düşür. Ermənistanın qüvvədə olan Konstitusiyasının tələblərinə görə, parlament seçkiləri elan olunduqdan dərhal sonra hökumət istefaya getməlidir. Yəni mövcud Konstitusiyaya əsasən, parlament seçkiləri elan olunarsa, o zaman Nikol Paşinyan və onun komandası istefaya gedəcək və təbii ki, seçki prosesinə bu və ya digər şəkildə müdaxilə etmək üçün heç bir səlahiyyətə malik olmayacaq. Bu isə o deməkdir ki, seçkiləri Nikol Paşinyan deyil, prezident Armen Sərkisyan keçirəcək. Bu səbəbdən də Paşinyan Konstutusiyanın növbədənkənar parlament seçkiləri ilə bağlı 92-ci maddəsinin dəyişdirilməsinə çalışır. Yenə də Ermənistan Konstitusiyasının 202-ci maddəsinin ikinci hissəsinə görə, 92-ci maddədə dəyişiklik etmək üçün referendumun keçirilməsinə ehtiyac yoxdur. Bu maddəyə əlavə və dəyişikliklər edilməsinə baxılması üçün 150 min seçicinin imzası, yaxud deputatların 4\1-nin müraciəti yetərlidir. Lakin bu halda da qərarı parlament verməlidir. Əlavə və dəyişikliklərin qəbul edilməsi üçün 105 deputatdan ən azı 70-i qanun layihəsinin lehinə səs verməlidir. Daşnaksütyun Partiyasının və bitərəf deputatların koalisiyanı tərk etməsindən sonra Paşinyanın əsas rəqibi olan Respublikaçılar Partiyasının parlamentdə 50 deputatı var. Bu baxımdan Paşinyan dəyişikliyə nail olmaq üçün bütün hallarda respublikaçıların razılığını almalıdır. Bununla yanaşı, “Çiçəklənən Ermənistan” və Daşnaksütyun partiyalarını təmsil edən deputatların da Paşinyanı dəstəkləməyəcəyi ehtimalı var. Bundan başqa, Respublikaçılar Partiyası parlamentin iclasına qatılmamaqla da Paşinyanı fakt qarşısında qoya bilər. Hazırki vəziyyət Nikol Paşinyan üçün həddən artıq arzuolunmazdır. Hətta parlamentin buraxılması da ona yaxşı heç nə vəd etmir. Bütün hallarda seçkilərin keçirilməsi üçün Paşinyan da daxil olmaqla, hökumətin bütün üzvləri istefa verməlidirlər. Ya da respublikaçıların dəstəyini alıb, Konstitusiyanın 92-ci maddəsini dəyişməklə seçkilərin nəticələri elan olunanadək hakimiyyətdə qalmalıdırlar.

- Paşinyan növbədənkənar parlament seçkisinə Yelk Bloku ilə gedə bilərmi?

- Paşinyan seçkilərdə Yelk Blokunun üzvlərinin də daxil olduğu yeni blokla iştirak edə bilər. Ola bilsin ki, bu blok Paşinyanın öz adı ilə bağlı olsun. Amma hazırda, daha öncə də qeyd etdiyim kimi, Nikolun qarşısında dayanan əsas problem seçkilərə kiminlə yox, necə gedilməsi ilə bağlıdır.

- Respublikaçılar Partiyasının parçalanma, yaxud da gələcəkdə ləğv olunma ehtimalı varmı?

- Hər şey proseslərin gedişindən asılı olacaq. Respublikaçıların kifayət qədər kapitalı, əlaqələri və təsir imkanları var. Paşinyanın “antikorrupsiya” tədbirləri ilə onları sıradan çıxarmaq niyyəti isə əks effekt verib və əsasən Qarabağ klanından ibarət respublikaçılar özünüqoruma instikti ilə daha sıx birləşiblər. Bu baxımdan respublikaçıları siyasi səhnədən silmək çətin olacaq və bəlkə də mümkün olmayacaq.

- Növbədənkənar parlament seçkilərindən sonra Ermənistan parlamentində hansı yeni qüvvələri görə bilərik?

- Ermənistanda həm köhnə, həm də yeni qüvvələr göz qabağındadır. Sasna Çrer heç bir təsir imkanları olmayan, avantüristlərdən ibarət bir qrupdur. Ter-Petrosyan isə Ermənistan siyasətçilərinin ən köhnəsidir. Kifayət qədər yaşlanıb, həmçinin hazırda populyarlığı da yüksək deyil. Qənaətimə görə, növbədənkənar seçkilərdə mübarizə siyasi partiya və hərəkatlar arasında deyil, klanlar, həmçinin onları idarə edən xarici qüvvələr arasında olacaq.

- Növbədənkənar parlament seçkilərində Paşinyan qələbə qazana bilməsə, bunun sonu necə olacaq? Ermənistan daxilində hansı gərginlik ola bilər?

- Parlament seçkilərinin nəticələrindən asılı olmayaraq, Ermənistanda gərginliyin hələ uzun müddət davam edəcəyini düşünürəm. Hazırda Ermənistanda gərginliyin aradan qaldırılmasını əsaslandıran heç bir fundamental faktor yoxdur.

23 Noyabr 2024 Paşinyan: Bakıya qarşı iddiadan da əl çəkəcəyik
23 Noyabr 2024 Türkiyədən İraqa xəbərdarlıq: İraq türkmənlərinin yanındayıq
23 Noyabr 2024 Daha bir ölkə Netanyahunu hebs edəcək
23 Noyabr 2024 Daha bir ölkə Netanyahunu həbs edəcək
23 Noyabr 2024 Paşinyan: Bakının tələbəni yerinə yetirməsək dövlətçiliyimiz məhv olacaq
23 Noyabr 2024 Paşinyan saqqalını qırxmasının səbəbini açıqladı: Qızımın istəyidir
23 Noyabr 2024 Putin generalları TƏCİLİ topladı, koreyalılar XARKOVDADIR: HÜCUM hazırlığı...
23 Noyabr 2024 "Bizi ot kimi biçirlər"- Rusiya əsgərləri döyüşdəki vəziyyətlərindən şikayətləndi
23 Noyabr 2024 Paşinyan Poqosyana yüksək vəzifə verdi
23 Noyabr 2024 Almaniyada gizli MÜHARİBƏ PLANI - Rusiyaya qarşı ŞOK TƏHDİD
23 Noyabr 2024 Qorxunc ZƏLZƏLƏ ilə bağlı XƏBƏRDARLIQ! - "7-7.5 bal arası..."
23 Noyabr 2024 Paşinyan: İlin sonuna qədər Azərbaycanla müqavilə imzalamaq üçün hər şeyi edəcəm
23 Noyabr 2024 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür
23 Noyabr 2024 Bayden Üçüncü Dünya Müharibəsini başlatdı: Nüvə savaşı isə tezliklə planeti “alov topu”na çevirəcək
22 Noyabr 2024 Hülusi Akardan dünya müharibəsi xəbərdarlığı: "Bu, zarafat deyil"
22 Noyabr 2024 Almaniya Rusiya ilə müharibəyə hazırlaşır - Bundesverin gizli planı
22 Noyabr 2024 III dünya müharibəsi başlasa Rusiya ilk bu ölkəni vuracaq - Zaxarova
22 Noyabr 2024 Zalujnı: Üçüncü Dünya müharibəsi başladı
22 Noyabr 2024 Bakıdan sonra iki ölkə həyəcan təbili çaldı: “Dərhal çıxın”
22 Noyabr 2024 Türkiyə ABŞ-ın Suriyadan çıxarılmasına çalışır: Ağ Ev isə hələ də israrla terrorçuları dəstəkləyir

Xəbər lenti