|
İsrail əsgərləri İordan çayının qərb sahilində 27 fələstinlini həbs ediblər.
Axar.az xəbər verir ki, bu barədə İsrail ordusu açıqlama yayıb.
Məlumata görə, gecə əməliyyatı zamanı həbs olunan şəxslər terror hadisələrində iştirakda ittiham olunub.
Qeyd edək ki, İsrail həbsxanalarında təxminən 6 minə yaxın fələstinlinin olduğu bildirilir.