|
Əgər İran İsrailə təhdid olsa, biz dərhal onun Suriyadakı fəaliyyətinə reaksiya verəcəyik.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İsrailin Kəşfiyyat naziri İsrail Kats deyib.
“Bizim reaksiyamız dəqiq və birmənalı olacaq. Biz bütün gücümüzlə İsrailə Suriyada təhlükə yaradan İran hədəflərinə qarşı hərəkətə keçəcəyik. Əgər Bəşər Əsəd İran qüvvələrini müdafiə haqqında qərar versə, o, bunun nəticələrini dərhal görəcək”, – deyə o bildirib.