|
ABŞ-ın Minnesota ştatının Apellyasiya Məhkəməsi bir qrup ateistin dolların üzərindən “Biz Allaha inanırıq” ifadəsinin götürülməsiylə bağlı şikayətini rədd edib.
Axar.az xəbər verir ki, məhkəmə valyutanın üzərindəki ifadənin qanuni olduğu qənaətinə gəlib.
Qeyd edək ki, ateistlər dollar üzərindəki bu ifadənin ABŞ Konstitusiyasının söz azadlığı və vətəndaşların dini haqları haqqında bəndinə zidd olduğunu düşünürlər.
ABŞ dolları üzərinə “Biz Allaha inanırıq” ifadəsi 1864-cü ildən bu yana mövcuddur.