error
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING

Hazırda işğalçı Ermənistanda hakimiyyət böhranı müşahidə edilir.

Ancaq bir qədər daha dərindən analiz etsək, bunu dövlətçilik böhranı da adlandırmaq olar.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib. Deputat bu böhranın səbəbini Ermənistanın himayədarlarının köməyi ilə Azərbaycan torpaqlarını işğal etməsində görür:

“Ancaq Ermənistanı idarə edən imperativ güc mərkəzi ilə münasibətləri azca korlanan kimi bəlli olur ki, nə Ermənistan bir dövlətdir, nə də onun müstəqil siyasi sistemi və ordusu var. Hazırda bu ölkədə baş verən proseslər də bunun əyani təzahüridir. Paşinyan siyasi sistemi, dövlətçilik ənənəsi olmayan bir toplumu idarə etməyə çalışır. Ancaq bunun mümkün olmadığını gördükdə isə korrupsiyaya qarşı mübarizə, sosial problemlərin həlli adı altında yeni bir diktatura qurmağa cəhd edir. Çünki onu hakimiyyətə gətirən bu və bunabənzər problemlərin həlli ilə bağlı topluma verdiyi natamam vədlər olub. Ancaq korrupsiya və sosial problemləri o vaxt həll etmək mümkündür ki, bunu təmin edəcək iqtisadi resurslar və hüquqi sistem olsun. Bunların heç biri Ermənistanda yoxdur. Deməli, problemi də həll etmək mümkün deyil. Bu zaman ən yaxşı həll yolu manipuliyasiya edərək həll illuziyası yaratmaqdır ki, Paşinyan da hazırda elə bunu edir. Ancaq Paşinyan bunun əvəzində işğalçılıq siyasətinə son qoymaq üçün real addımlar atsa, o zaman Ermənistanla kommunikasiyalar açıla bilər. Nəticədə isə ölkədə iqtisadi münasibətlər sistemi formalaşar və Qarabağ problemini həll etmək üçün perspektivlər yaranar”.

Millət vəkili bildirib ki, Paşinyanın bəyanatları daha çox daxili auditoriyaya hesablanıb:

“Nikol bununla Ermənistan erməniləri içərisində reytinqini yüksək saxlamağa çalışır. Onun “məni Qarabağ erməniləri seçməyiblər” fikri bir daha sübut edir ki, Ermənistanda daim Qarabağ ermənilərinə yuxarıdan aşağı baxış olub və bu, bu gün də belədir. Üstəlik, Qarabağ klanı hakimiyyətdə olanda Ermənistanı hərbi-siyasi və iqtisadi avantüraya sürükləyib və Ermənistan müstəqilliyini de-fakto itirib. Ona görə də Qarabağ ermənilərinə münasibətdə Paşinyan kimi düşünənlərin sayı həddindən artıq çoxdur. Onun bu mövqeyi ölkənin Qarabağ probleminin girovuna çevrilməsindən bezmələri kimi də başa düşülə bilər. Hesab edirəm ki, Paşinyan artıq Azərbaycanın ünvanına sərt ritorikanı yığışdırmalı, problemi həll etməyə çalışmalı və işğal faktına son qoymalıdır. Bu, regionda hamının, birinci növbədə isə erməniləri maraqlarına uyğun olardı”.

19 APRIL 2025 Bu gün İranla ABŞ yenidən danışıqlar aparacaq
18 APRIL 2025 Ermənistan NATO standartlarına görə ordu qurur
18 APRIL 2025 Rusiyada dövlətə xəyanətin sayı dəfələrlə artıb - RƏSMİ
18 APRIL 2025 Ankara İrəvan-Bakı yaxınlaşmasında müstəsna rol oynaya bilər - Mirzoyan
18 APRIL 2025 ABŞ Suriyadakı hərbçilərinin sayını azaldır - KİV
18 APRIL 2025 Zelenski açıqladı: Gözlənilən saziş imzalanacaq
17 APRIL 2025 Rəsmi Vaşinqtonun Cənubi Qafqazda sülh səylərinə marağı böyüyür - Mirzoyandan AÇIQLAMA
17 APRIL 2025 Mirzoyandan sensasion açıqlama: Sülh müqaviləsi Azərbaycan-Ermənistan sərhədində imzalana bilər
17 APRIL 2025 "Ermənistan və Azərbaycan vasitəçilər olmadan bir-birini daha yaxşı anlayır" - Mirzoyan
17 APRIL 2025 Rusiyadan NÖVBƏTİ VƏHŞİLİK: Dnepri ATƏŞƏ TUTDU,dinc sakinləri ÖLDÜRDÜ, Mariupolda evləri ƏLƏ KEÇİRDİ
17 APRIL 2025 Almaniya ilk dəfə xaricdə hərbi kontingent yerləşdirdi
17 APRIL 2025 Makron dünya nəhəngini necə çökdürür: Fransanın iflas ssenarisi reallaşır
16 APRIL 2025 Paşinyandan ikibaşlı sülh sazişi açıqlaması
16 APRIL 2025 ABŞ-dan 30 ölkə ilə bağlı KRİTİK QƏRAR
16 APRIL 2025 Paşinyan parlamentdə danışdı, o isə rəsm çəkdi - Video
16 APRIL 2025 Makron 12 diplomatı qovdu, səfiri geri çağırdı
16 APRIL 2025 Netanyahu Qəzzanın şimalına səfər etdi
16 APRIL 2025 ABŞ Ermənistana yardımı dayandırdı
16 APRIL 2025 ABŞ Suriyadan çıxır?
16 APRIL 2025 Saakaşvili: "İlham Əliyev regionun lideri və yeni prinsipin yaradıcısıdır"

Xəbər lenti