|
"İranda casusluqda şübhəli bilinən onlarla şəxs saxlanılıb".
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu İranın kəşfiyyat naziri Mahmud Ələvi deyib.
Onun sözlərinə görə, İranın əks-kəşfiyyat xidməti bir neçə qurumda əməliyyatlar keçirməklə həmin şəxsləri müəyyən edərək saxlayıblar.
M.Ələvi bildirib ki, ETTELAAT əməkdaşları ötən il ərzində 230 terrorçu qrupun fəaliyyətini, bu ay isə ali təhsil müəssisələri və metroda törədilməsi planlaşdırılan terror aktlarının qarşısını alıblar.