Rusiyalı publisist və “Açıq Rusiya” hərəkatının koordinatoru Vladimir Kara-Murza keçən həftə vəfat edən ABŞ-ın məşhur senatoru Con Makkeynin tabutunu daşıyacaq.

 

Rusiya mətbuatı bu barədə “Politico” saytının xəbər verdiyini yazıb.

Saytda gedən məlumata görə, amerikalı siyasətçi vaxtilə özü bunu Kara Murzadan xahiş edibmiş. Vladimir Kara Murzanın söylədiyinə görə, Makkeyn ona amansız xəstəliyi barədə şəxsən məlumat verib. Kara Murza xəbəri eşidəndə şoka düşdüyünü, hətta ağladığını bildirib.

Rusiyalı müxlaifətçi ilə amerikalı senator 2010-cu ildən, Moskvanın Bolotnaya meydanındakı etiraz aksiyalarından bu yana tanışdırlar.

Makkeynin tabutu Vladimir Kara Murzadan başqa, ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden, keçmiş senator Rass Faynqold, keçmiş müdafiə naziri Uilyam Koen və bir neçə dostunun çiyinlərində son mənzilə yola salınacaq. Bunların arasında məşhur aktyor Uorren Bitti də var.

“Politico”nun yazdığına görə, senatorun seçimi birbaşa özünün siyasi düşmənləri saydığı Donald Tramp və Vladimir Putinə son mesajı olub.

Dəfn mərasimi sentyabrın 1-də ABŞ-ın paytaxtı Vaşiqntonda, kilsədə keçiriləcək.

Arizonalı senatorun ailəsi ABŞ prezidenti Donald Trampdan mərasimə gəlməməsini rica edib.

Bunun əvəzində Tramp senatorun ölümü ilə bağlı rəsmi nekroloq yaymağı və Ağ Evin üzərindəki bayrağın yarıya qədər endirilməsini yasaqlayıb. Lakin sonradan, görünür, təzyiqlərdən çəkinərək bu qərarından vaz keçib.

19 Aprel 2025 Bu gün İranla ABŞ yenidən danışıqlar aparacaq
18 Aprel 2025 Ermənistan NATO standartlarına görə ordu qurur
18 Aprel 2025 Rusiyada dövlətə xəyanətin sayı dəfələrlə artıb - RƏSMİ
18 Aprel 2025 Ankara İrəvan-Bakı yaxınlaşmasında müstəsna rol oynaya bilər - Mirzoyan
18 Aprel 2025 ABŞ Suriyadakı hərbçilərinin sayını azaldır - KİV
18 Aprel 2025 Zelenski açıqladı: Gözlənilən saziş imzalanacaq
17 Aprel 2025 Rəsmi Vaşinqtonun Cənubi Qafqazda sülh səylərinə marağı böyüyür - Mirzoyandan AÇIQLAMA
17 Aprel 2025 Mirzoyandan sensasion açıqlama: Sülh müqaviləsi Azərbaycan-Ermənistan sərhədində imzalana bilər
17 Aprel 2025 "Ermənistan və Azərbaycan vasitəçilər olmadan bir-birini daha yaxşı anlayır" - Mirzoyan
17 Aprel 2025 Rusiyadan NÖVBƏTİ VƏHŞİLİK: Dnepri ATƏŞƏ TUTDU,dinc sakinləri ÖLDÜRDÜ, Mariupolda evləri ƏLƏ KEÇİRDİ
17 Aprel 2025 Almaniya ilk dəfə xaricdə hərbi kontingent yerləşdirdi
17 Aprel 2025 Makron dünya nəhəngini necə çökdürür: Fransanın iflas ssenarisi reallaşır
16 Aprel 2025 Paşinyandan ikibaşlı sülh sazişi açıqlaması
16 Aprel 2025 ABŞ-dan 30 ölkə ilə bağlı KRİTİK QƏRAR
16 Aprel 2025 Paşinyan parlamentdə danışdı, o isə rəsm çəkdi - Video
16 Aprel 2025 Makron 12 diplomatı qovdu, səfiri geri çağırdı
16 Aprel 2025 Netanyahu Qəzzanın şimalına səfər etdi
16 Aprel 2025 ABŞ Ermənistana yardımı dayandırdı
16 Aprel 2025 ABŞ Suriyadan çıxır?
16 Aprel 2025 Saakaşvili: "İlham Əliyev regionun lideri və yeni prinsipin yaradıcısıdır"

Xəbər lenti