|
İraqın qərbində terrorçu-kamikadzenin nəzarət-buraxılış məntəqəsində törətdiyi partlayış nəticəsində azı 8 nəfər həlak olub, 10 nəfər isə yaralanıb.
AZƏRTAC Iraqi News portalına istinadla xəbər verir ki, bu barədə ölkənin təhlükəsizlik xidmətində olan mənbə bildirib. Portalın məlumatına görə, Əl-Qaym şəhərinin cənubunda yerləşən və İraq ordusu ilə xalq səfərbərlik qüvvələrinin müştərək nəzarət etdiyi məntəqəyə minalanmış avtomobillə hücum edilib.
Xatırladaq ki, 2017-ci ildə İraq hökuməti İŞİD qruplaşması tərəfindən ələ keçirilən bütün ərazılərdə nəzarətin geri alındığı barədə məlumat yaymışdı. Həmin dövrdən bəri qruplaşma ölkə ərazisində bir çox terror hücumunun məsuliyyətini öz üzərinə götürüb.