Orxan Camalın Mərkəzi Afrika Respublikasında (MAR) qətlə yetirilməsinin yeni təfərrüatları məlum olub.

 

Oxu.Az xəbər verir ki, BBC-nin Rus xidməti Araşdırmaların idarə edilməsi Mərkəzinin prodüserinin Orxan Camal, Aleksandr Rastorquyev və Kirill Radçenko üçün MAR-da çəkilişlər aparılmasının təşkilində yardım edən fikser Martinlə yazışmasını araşdırıb.

Bildirilir ki, Martini Araşdırmaların idarə edilməsi Mərkəzinə Federal xəbər agentliyinin müxbiri Kirill Romanovski məsləhət görüb. O, Martini MAR-da BMT missiyasının əməkdaşı kimi təqdim edib. Lakin BMT-nin MAR-dakı missiyasının nümayəndələri hələ avqustun 1-də bildirdilər ki, belə bir əməkdaş onlarda yoxdur.

Prodüser iyulun 9-da Martinlə əlaqə saxlayaraq deyib ki, çəkiliş qrupu MAR-da işlədiyi ehtimal olunan rusiyalı muzdlu döyüşçülər barədə süjet hazırlamaq istəyir. O həmçinin qeyd edib ki, nə muzdluların, nə də Rusiya hökumətinin bu barədə məlumatı var.

Martin jurnalistlərə özlərini rusiyalı turistlər kimi təqdim etməyi məsləhət görüb.

İyulun 26-da Martinə xəbər verildi ki, jurnalistlər ayın 29-da MAR-a gələcəklər. O isə deyib ki, qızıl, almaz və uran mədənlərinin olduğu Bambari şəhərində olacaq. Martin çəkiliş qrupu üçün bu obyektlərə giriş icazəsinə malik Byenvenyu adlı sürücü-tərcüməçi göndərəcəyini vəd edib.

Aviareys təxirə salındığı üçün jurnalistlər MAR-a iyulun 28-də gəliblər. Martinin sonuncu məlumatında (28 iyula keçən gecə) deyilirdi ki, o, “National” xəstəxanasına maşın göndərib.

Sürücü çəkiliş qrupunu Bambariyə aparmalı idi, lakin Sibyu şəhərindən sonra jurnalistlərin olduğu avtomobil digər istiqamətə - şimala yollanıb. Jurnalistlər məhz bu şəhərdən 23 kilometr aralıda ölü tapılıblar.

Sağ qalan sürücü bildirib ki, Sibyuda blok-postda onları Respublika ordusunun döyüşçüləri saxlayaraq Bambariyə gecə vaxtı getməməyi və Sibyuda gecələməyi məsləhət görüblər. O deyib ki, öncə jurnalistlər razılaşsa da, sonra Dekoe qəsəbəsinə getmək istədiklərini bildiriblər. 
Nduvokema iddia edir ki, yolda onlardan ikisi başlarına qoruyucu kaskalar qoyaraq tapançaları çıxarıblar.

Byenvenyu deyib ki, saat 21.50-də onların olduğu maşını silahlı şəxslər saxlayıblar. Onun özünü bir tərəfə, çəkiliş qrupunun üzvlərini isə digər tərəfə aparıblar.

Yüksək səslə danışıqdan sonra atəş səsləri eşidilib.

Yerli jurnalistin Byenvenyu ilə müsahibəsinin stenoqrammasını çap edən “Novaya qazeta” qeyd edirdi ki, Byenvenyunun dedikləri bir-biri ilə düz gəlmir.

19 Aprel 2025 Bu gün İranla ABŞ yenidən danışıqlar aparacaq
18 Aprel 2025 Ermənistan NATO standartlarına görə ordu qurur
18 Aprel 2025 Rusiyada dövlətə xəyanətin sayı dəfələrlə artıb - RƏSMİ
18 Aprel 2025 Ankara İrəvan-Bakı yaxınlaşmasında müstəsna rol oynaya bilər - Mirzoyan
18 Aprel 2025 ABŞ Suriyadakı hərbçilərinin sayını azaldır - KİV
18 Aprel 2025 Zelenski açıqladı: Gözlənilən saziş imzalanacaq
17 Aprel 2025 Rəsmi Vaşinqtonun Cənubi Qafqazda sülh səylərinə marağı böyüyür - Mirzoyandan AÇIQLAMA
17 Aprel 2025 Mirzoyandan sensasion açıqlama: Sülh müqaviləsi Azərbaycan-Ermənistan sərhədində imzalana bilər
17 Aprel 2025 "Ermənistan və Azərbaycan vasitəçilər olmadan bir-birini daha yaxşı anlayır" - Mirzoyan
17 Aprel 2025 Rusiyadan NÖVBƏTİ VƏHŞİLİK: Dnepri ATƏŞƏ TUTDU,dinc sakinləri ÖLDÜRDÜ, Mariupolda evləri ƏLƏ KEÇİRDİ
17 Aprel 2025 Almaniya ilk dəfə xaricdə hərbi kontingent yerləşdirdi
17 Aprel 2025 Makron dünya nəhəngini necə çökdürür: Fransanın iflas ssenarisi reallaşır
16 Aprel 2025 Paşinyandan ikibaşlı sülh sazişi açıqlaması
16 Aprel 2025 ABŞ-dan 30 ölkə ilə bağlı KRİTİK QƏRAR
16 Aprel 2025 Paşinyan parlamentdə danışdı, o isə rəsm çəkdi - Video
16 Aprel 2025 Makron 12 diplomatı qovdu, səfiri geri çağırdı
16 Aprel 2025 Netanyahu Qəzzanın şimalına səfər etdi
16 Aprel 2025 ABŞ Ermənistana yardımı dayandırdı
16 Aprel 2025 ABŞ Suriyadan çıxır?
16 Aprel 2025 Saakaşvili: "İlham Əliyev regionun lideri və yeni prinsipin yaradıcısıdır"

Xəbər lenti