|
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərifi qəbul edib.
Axar.az xəbər verir ki, görüş AKP-nin Mərkəzi binasında baş tutub.
Görüşlə bağlı jurnalistlərin suallarını cavablayan Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib ki, söhbətin məzmunu əsasən Suriya böhranı ilə bağlı olub:
"Bizdə hər zaman yaxşı xəbərlər olur. Görüşlərdən çıxan nəticə barədə məlumatlar verəcəyik. İkitərəfli əlaqələr gündəmdədir".