|
ABŞ Prezidenti Donald Tramp Ağ evdə Beynəlxalq Futbol Federasiyasının (FİFA) rəhbəri Canni İnfantino ilə görüşüb.
Axar.az xəbər verir ki, görüşdə 2026-cı ildə Birləşmiş Ştatların Meksika və Kanada ilə birgə keçirəcəyi dünya çempionatına hazırlıq məsələləri müzakirə olunub.
İnfantino “Oval kabinetin” sahibinə “26” nömrəli futbol köynəyi və hakimlərin istifadə etdikləri kartları təqdim edib. FİFA prezidenti izah edib ki, sarı və qırmızı kartlar futbolçulara xəbərdarlıq və diskvalifikasiya üçün göstərilir. İnfantino zarafatla əlavə edib ki, onlar ABŞ Prezidentinə jurnalistlərlə ünsiyyət zamanı lazım ola bilər. Hədiyyədən dərhal istifadə edən Tramp isə qırmızı kartı seçib və jurnalistlərə göstərib.
FİFA prezidenti bu il Rusiyada dünya çempionatının uğurla keçdiyini qeyd edib və Amerika mundialının ondan geri qalmayacağına əminliyini bildirib.