|
Dünyada alkoqol istifadəsi nəticəsində ən çox ölüm halı Çində qeydə alınır.
Axar.az xəbər verir ki, bu barədə məlumatı “Lancet” tibb jurnalı yayıb. Belə ki, 2016-cı ildə Çində alkoqol istifadəsi ucbatından 59 min qadın, 650 min kişi həyatını itirib.
Ondan sonrakı yerdə Hindistan qərarlaşıb. Hindistanda 2016-cı ildə alkoqola görə 42 min qadın, 290 min kişi ölüb.
İlk üçlüyü Rusiya qapadıb. Rusiyada 1 ildə alkoqola görə 43 min qadın, 180 min kişi həyatını itirib.