|
Menbiç məsələsində, yavaş da olsa, irəliləyiş müşahidə olunur.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.
“Həmsöhbətlərimizə YPG-PKK-nın bölgəni tərk etməli olduğunu mütəmadi şəkildə xatırladırıq. İdlibdə atəşkəs pozulmadan 3.5-4 milyon insanın təhlükəsizliyinin təmin olunmasına, yardımların çatdırılmasına və hücumların dayandırılmasına çalışırıq”, - Akar bildirib.