|
Antirusiya sanksiyaları hər iki tərəfi məğlubiyyətə aparır.
Axar.az xəbər verir ki, bunu Çexiya səfirləri qarşısında çıxışı zamanı Prezident Miloş Zeman deyib.
“Rusiyaya qarşı sanksiyaları davam etdirməyin mənası yoxdur. Artıq onun nəticələri barədə danışmaq vaxtı çatıb. Sanksiyalar ucbatından Avropa Birliyi və Rusiya çox şey itirib”, - o bildirib.