|
Müharibə olsa, ABŞ ərazisini Rusiya və Çin silahlarından xilas etmək mümkün olmayacaq.
Axar.az xəbər verir ki, bunu ABŞ Milli Qvardiya Assosiasiyasının 140-cı konfransında çıxışı zamanı Ordunun Şimal Komandanlığının rəhbəri Terrens Şonessi deyib.
“Təhlükəsizlik situasiyası dəyişir. Əvvəl düşünürdük ki, bizi əhatə edən okeanlar və şimalla cənubdan əhatə edən dost dövlətlər ölkəmizi əlçatmaz edir. Lakin hər şey dəyişir. Rəqiblərimiz indi bizim ərazilərə çatmaq gücündədirlər. ABŞ-ın müdafiə strategiyasını tam dəyişməyə ehtiyac var. Biz ölkəmizi özümüzə bərabər təqibdən necə müdafiə edəcəyimizi müəyyən etməliyik”, - o bildirib.