|
Çinin cənubunda, Quansi-Juans rayonunda mikroavtobus piyadaların üstünə sürüb.
Nəticədə bir nəfər ölüb, çox sayda insan yaralanıb.
Trend-in məlumatına görə, hadisə saat 11:30 radələrində şəhərin mərkəzində baş verib. Mikroavtobus insanların çox olduğu əraziyə girərək orada olan motosikletçiləri, velosipedçiləri və piyadaları vurub.
Hadisəyə səbəb sürücünün idarəetməni itirməsi olub. Sürücü saxlanılıb, istintaq aparılır.