|
Pentaqon üçün S-400 məsələsi Trampdan daha ciddi problemdir.
Axar.az xəbər verir ki, bu sözləri “Hüriyyət” qəzetinin siyasi yazarı Dəniz Zeyrək deyib. O bildirib ki, ABŞ-la yaşanan gərginlikdən qorunmanın ən məqbul variantı avropalı müttəfiqlər ilə birgə görünməkdir:
“Avropa Birliyi (AB) ölkələri ilə müəyyən zamanlarda soyuqluq yaşansa da, bu münasibətlərin özülü var. Gərginliyin səbəbi rahib Bransonla bağlı olduğu görünsə də, təfərrüatlara vardıqda, burada S-400, F-35 böhranları, "Xalqbank" çəkişmələri və s. kimi proseslər göz önünə gəlir. Türkiyənin ABŞ qarşısında mövqeyini gücləndirməsi şərtdir”.