|
Tramp administrasiyası Misir hökumətinin Qəzzada sabitliyin bərpası üçün göstərdiyi səyləri dəstəkləyir.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ prezidentinin İsrail-Fələstin sülh prosesi üzrə xüsusi nümayəndəsi Ceyson Qrinblat Əbdülfəttah Sisi və Mahmud Abbasın telefon danışığını şərh edərkən deyib. O bildirib ki, Fələstin hökumətinin Qəzzanın müdafiəsi ilə bağlı məsuliyyəti öz üzərinə götürməsi üçün yaradılan anlaşmanı tam dəstəkləyir:
“Fələstin hakimiyyəti bütün fələstinliləri idarə etməlidir. Bunun zamanı artıq çatıb”.