|
F-35 təyyarələri alınarsa, ABŞ Türkiyənin Milli Logistika Mərkəzini idarə etmək imkanı qazanacaq.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Hərbi Hava Qüvvələrinin istefada olan generalı Bəyazid Qaradaş deyib.
O bildirib ki, F-35 alınarsa, Türkiyənin milli qırıcı təyyarə layihəsi fiaskoya uğrayacaq:
“F-35-lə bağlı əsas problemlər texniki deyil, stratejidir. Əgər F-35 alınarsa, Logistika Mərkəzi ABŞ-ın əlinə keçir. Bu, qəbuledilməz durumdur. Güman edirəm ki, bu təyyarələri almayacağıq”.