|
Kanadanın Britaniya Kolumbiyası əyalətində günlərdir ki, davam edən meşə yanğınlarını söndürmək mümkün olmayıb.
Axar.az xəbər verir ki, 534 fərqli nöqtədə əmələ gələn yanğınlar 13 min kv/km-lik ərazini əhatəyə alıb. Bu, ölkə tarixinin ən böyük meşə yanğını olaraq qeydə alınıb.
Yanğının söndürülməsi işinə hərbçilər də qoşulub.
Yaxınlıqda yaşayan sakinlərin təxliyə edildiyi bildirilib.