|
Rusiya xarici işlər naziri Sergey Lavrov Suriya ilə bağlı Qərb ölkələrinə xəbərdarlıq edib.
Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Lavrov suriyalı həmkarı ilə birgə brifinqdə jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Suriyanın İdlib əyalətində terror əleyhinə əməliyyatı əngəlləmək üçün yeni təxribat hazırlanır.
“Biz müdafiə və xarici işlər nazirliklərimiz vasitəsi ilə qərb tərəfdaşlarımıza sərt xəbərdarlıq etmişik ki, onlar odla oynamasınlar”.