Rusiya hökumətinin etiraz doğuran təqaüd şərtləri yumşaldıldı.

 

Rusiyada hökumətin “pensiya islahatları” adı altında təqaüd yaşının iki il artırılması planı əhalinin narazılığından sonra yarımçıq saxlandı. Rusiya prezidenti Vladimir Putin pensiya islahatının yumşaldacağını bəyan edib. Hakimiyyət qadınlar üçün müəyyən olunan pensiya yaşının qanun layihəsində nəzərdə tutulduğu kimi 63 deyil, 60 yaş olacağını qət edib. Bu barədə Rusiya prezidenti Vladimir Putin əhaliyə ünvanladığı telemüraciətdə bildirib. Vladimir Putinin sözlərinə görə, pensiya yaşı kişilər üçün 63 (əvvəlki layihədə 65), qadınlar üçün isə 60 yaş olaraq müəyyən olunacaq. Rusiya prezidenti söylənilənlərin əksinə, ölkədə pensiya sisteminin sabit qalması üçün büdcədə kifayət qədər vəsait olduğunu deyib.

“Lakin demoqrafik inkişaf sahəsində və əmək bazarında gedən tendensiya, habelə situasiyanın obyektiv analizi göstərir ki, vəziyyət belə davam edə bilməz”,- Putin qeyd edib.

Rusiya prezidentinin sözlərinə görə, dəyişikliklər həm də pensiya ödənişlərinin artırılmasıı zərurətindən irəli gəlib. Bundan başqa, Rusiya prezidenti yaxın iki ildə pensioner olmağa hazırlaşan vətəndaşlara yeni müjdə verib. Belə ki, həmin şəxslər göstərilən vaxtdan 6 ay öncə pensiyaya çıxa biləcəklər.

Onu da qeyd edək ki, siyasi ekspertlər Vladimir Putinin cəmiyyətin təzyiqi ilə geri çəkildiyini söyləyirlər. Həmçinin prezidentin reytinqinin iqtidarda olduğu zaman ərzində ən aşağı səviyyələrə enməsinin də hökumətin güzəştə getməsində böyük rol oynadığı bildirilir.

Üstəlik, müxalif lider Aleksey Navalnının pensiya yaşlarının artırılmasına etiraz olaraq sentyabrın 9-na təyin etdiyi mitinqin də prosesdə əhəmiyyətli təsirinin olduğu söylənir.

Bu hadisədən sonra “Rusiyaya tətbiq edilən iqtisadi sanksiyaların artıq öz təsirlərini göstərməyə,  iqtisadi çətinliklərdən sosial narazılıqları doğurmağa başladığını söyləmək olarmı” sualını aktuallaşdırıb.

Əhəd Məmmədli ile ilgili görsel sonucu

Siyasi təhlilçi Əhəd Məmmədli “Yeni Müsavat”a bildirdi ki, Rusiya hakimiyyətinin xalqın xeyrinə geri addım atmasının bir neçə səbəbi və məqsədi var: “Daxili etiraz, narazılıq, iqtisadi sanksiyalar və Putinin sonda müdaxilə etməklə özünü yaxşı, baş nazir Dmitri Medvedevi ”pis oğlan" qismində göstərmək. Ümumilikdə isə Rusiyadakı yaranmış bu situasiya hakimiyyətin əleyhinə, müxalif lider Aleksey Navalnının xeyrinə işlədi. Navalnı bunu öz xeyrinə istifadə edəcək. Xüsusən də təyin edilmiş mitinqdən əvvəl bu qərar cəmiyyətdə hakimiyyətin geri çəkilməsi kimi qiymətləndirilməyə başlanıb. Bu həmdə onu göstərdi ki, Rusiyada ciddi protest elektoratı var və hökumətin çəkindiyi səviyyədə artmaqdadır. Bu elektorat iqtisadi sanksiyalar çoxaldıqca daha da iri miqyas alacaq. Rusiya da güclü orta sinif var və bu zümrə 2011-ci ildən hakimiyyətə əsas müxalifətdir. Narazılar əvvəllər əsasən gənc nəsil idisə, ölkədəki iqtisadi çətinliklərin artması artıq yaşlı nəslin, pensiyaçıların da narazı təbəqəyə çevrilməsi prosesi gedir. Qərbin sanksiyalarının məqsədlərindən biri də Rusiya daxilində iqtisadi vəziyyəti sosial narazılıq həddinə qədər ağırlaşdırmaq idi. Bu məqsədə müəyyən qədər yaxınlaşıblar".

Ekspert hesab edir ki, Rusiyadakı müxalif elektorata kim sahiblənsə, o da Putinə əsas alternativ olacaq: “Hələlik alternativ Navalnı görünür. Amma mən əsas alternativi keçmiş siyasi məhbus mühacir-oliqarx Xodorkovskini görürəm. Lakin bütün variantlarda narazılığın hakimiyyəti dəyişmək qədər güc həddinə çatmadığı müşahidə edilir”.

19 Aprel 2025 Bu gün İranla ABŞ yenidən danışıqlar aparacaq
18 Aprel 2025 Ermənistan NATO standartlarına görə ordu qurur
18 Aprel 2025 Rusiyada dövlətə xəyanətin sayı dəfələrlə artıb - RƏSMİ
18 Aprel 2025 Ankara İrəvan-Bakı yaxınlaşmasında müstəsna rol oynaya bilər - Mirzoyan
18 Aprel 2025 ABŞ Suriyadakı hərbçilərinin sayını azaldır - KİV
18 Aprel 2025 Zelenski açıqladı: Gözlənilən saziş imzalanacaq
17 Aprel 2025 Rəsmi Vaşinqtonun Cənubi Qafqazda sülh səylərinə marağı böyüyür - Mirzoyandan AÇIQLAMA
17 Aprel 2025 Mirzoyandan sensasion açıqlama: Sülh müqaviləsi Azərbaycan-Ermənistan sərhədində imzalana bilər
17 Aprel 2025 "Ermənistan və Azərbaycan vasitəçilər olmadan bir-birini daha yaxşı anlayır" - Mirzoyan
17 Aprel 2025 Rusiyadan NÖVBƏTİ VƏHŞİLİK: Dnepri ATƏŞƏ TUTDU,dinc sakinləri ÖLDÜRDÜ, Mariupolda evləri ƏLƏ KEÇİRDİ
17 Aprel 2025 Almaniya ilk dəfə xaricdə hərbi kontingent yerləşdirdi
17 Aprel 2025 Makron dünya nəhəngini necə çökdürür: Fransanın iflas ssenarisi reallaşır
16 Aprel 2025 Paşinyandan ikibaşlı sülh sazişi açıqlaması
16 Aprel 2025 ABŞ-dan 30 ölkə ilə bağlı KRİTİK QƏRAR
16 Aprel 2025 Paşinyan parlamentdə danışdı, o isə rəsm çəkdi - Video
16 Aprel 2025 Makron 12 diplomatı qovdu, səfiri geri çağırdı
16 Aprel 2025 Netanyahu Qəzzanın şimalına səfər etdi
16 Aprel 2025 ABŞ Ermənistana yardımı dayandırdı
16 Aprel 2025 ABŞ Suriyadan çıxır?
16 Aprel 2025 Saakaşvili: "İlham Əliyev regionun lideri və yeni prinsipin yaradıcısıdır"

Xəbər lenti