|
Mənə qarşı qaldırılan cinayət işi siyasi zorakılıq və hüquqi zibildir.
Axar.az xəbər verir ki, bunu “Sputniк Ermənistan” agentliyinə müsahibəsində Ermənistanın eks-prezidenti Robert Köçəryan deyib.
“10 il əvvəl iğtişaşları alovlandıran, konstitusion nizamı devirməyə cəhd edən insanlar o zamankı hakimiyyətdən qisas almağa çalışırlar. Bu, Ermənistan rəhbərliyinin yeganə motivasiyasıdır. Məhz bu hədəf istintaq orqanlarının qarşısında duran vəzifədir” – deyə o bildirib.