|
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keşiş Branson məsələsində məni məyus etdi.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Blumberq”ə müsahibəsində deyib.
Nəşr Trampın əvvəlcə “Bu mövzu mənim üçün çox özəldir” deyərək, Branson məsələsi ilə bağlı danışmaq istəmədiyini, daha sonra isə yaşananlarla bağlı qısa açıqlama verdiyini qeyd edib.
ABŞ prezidenti İsraildə həbsdə olan türk vətəndaşı Ebru Özkanın sərbəst buraxılması prosesinə dəstək olduğunu, bunun qarşılığında isə Türkiyədən Bransonun sərbəst buraxılmasını gözlədiklərini bildirib. Gözlədiyinin həyata keçmədiyini söyləyən Tramp “Ərdoğan məni məyus etdi” sözləri ilə fikrini tamamlayıb.