|
Ağ Evdə keçirdiyim 1 il yarım ərzində İran ölümün astanasına çatıb, amma bundan öncə İran Yaxın Şərqi ələ keçirməyə hazırlaşırdı.
Axar.az xəbər verir ki, bunu “Blomberq” agentliyinə müsahibəsində ABŞ Prezidenti Donald Tramp deyib.
“Son bir il yarımda Yaxın Şərqdə böyük dəyişikliklər olub. Mən Ağ Evə gələndə situasiya elə idi ki, İran Yaxın Şərqi tuta bilərdi. Biz yalnız bu işğalın nə zaman baş tutacağını fikirləşirdik. Amma indi vəziyyət o həddə çatıb ki, əsas məsələ onların sağ qalıb-qalmayacağına çevrilib” – deyə o bildirib.