|
Biz müqavilənin şərtlərinə uyğun olaraq 900 milyon dollar ödəniş həyata keçirmişik.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə ilə ABŞ arasındakı F-35 problemi barədə danışan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“F-35-lər bizə verilməlidir. Amma dünya tək ölkədən ibarət deyil. Onlar verməsələr, biz başqa ölkədən bunu tədarük edərik və ya özümüz istehsal edərik”, - Ərdoğan bildirib