|
Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın görüşüb-görüşməyəcəkləri ilə bağlı bir söz söyləmək üçün hələ tezdir.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
O, hər iki ölkə prezidentinin Birinci Dünya müharibəsinin başa çatmasının 100-cü ildönümü ilə bağlı Parisdə keçiriləcək tədbirlərdə iştirak edib-etməyəcəklərinin hələlik məlum olmadığını deyib.