|
Ukraynanın Avropa Birliyi (AB) ölkələri ilə xarici ticarəti 42 faizə çatıb.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Pyotr Poroşenko açıqlamasında bildirib.
Poroşenkonun sözlərinə görə, 2018-ci ilin birinci yarısında Ukrayna AB ölkələrinə 11,2 milyard dollar həcmində məhsul ixrac edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyard dollar çoxdur.
“Biz Ukraynanın AB-yə inteqrasiyası üçün həm ticarət-iqtisadi, həmçinin siyasi əməkdaşlığı dərinləşdirəcəyik. Hakimiyyətin qarşısında əsas hədəf Ukraynanı AB-yə tamhüquqlu üzv etməkdir”, - deyə Poroşenko əlavə edib.