|
Gürcüstanda Beynəlxalq "Çevik Ruh 2018" hərbi təlimləri start götürüb.
Axar.az xəbər verir ki, Senaki şəhərindəki aviabazada keçirilən rəsmi açılış mərasiminə Gürcüstanın Müdafiə naziri Levan İzoria, rəsmi nümayəndələr və diplomatlar qatılıb.
İzoria çıxışında hərbi təlimin NATO-ya üzv ölkələrlə Gürcüstan arasındakı davamlı inkişaf edən strateji əməkdaşlığın nümunəsi olduğunu deyib. O, bənzər hərbi təlimlərin regional təhlükəsizliyi qüvvətləndirmək üçün önəmli olduğunu söyləyib.
Qeyd edək ki, Gürcüstanda keçirilən "Çevik Ruh 2018" hərbi təlimində Türkiyə, ABŞ, Bolqarıstan, Latviya, Rumınya, Ukrayna, Yunanıstan, Çexiya və Estoniya iştirak edir.