|
ABŞ-ın keçmiş dövlət katibi Con Kerri 2020-ci ildən keçiriləcək prezident seçkisində yenidən namizəd olacağını açıqlayıb.
Axar.az xəbər verir ki, bunu Kerri CBC televiziyasına müsahibəsində bildirib.
“2020-ci il seçkisindən danışmaq zamanın boşa xərclənməsi və diqqətin yayınmasıdır. İndi biz diqqətimizi Konqresə keçiriləcək seçkilərə yönəltməliyik. Mən bundan sonra da mübarizəmi davam etdirəcəyəm”, – deyə o bildirib.
Qeyd edək ki, Kerri 2004-cü ildə prezidentliyə namizəd olub. O, bu seçkidə Corc Buşa uduzub.