|
ABŞ-ın Ankaradakı səfirliyinə hücumda şübhəli bilinən 6 nəfərdən 3-ü həbs olunub.
Axar.az xəbər verir ki, bu barədə məlumatı Sputnik yayıb.
Məlumata görə, məhkəmənin qərarı ilə həbs olunanlar Sincan həbsxanasına aparılıb. Digər 3 nəfər isə şərti azadlığa buraxılıb.
Qeyd edək ki, avqustun 20-də ABŞ-ın Ankara səfirliyinə silahlı hücum təşkil olunmuşdu.