|
Bizim görüşlərimiz müntəzəm xarakter daşıyır və bu da təbiidir, qarşılıqlı fəaliyyətimizin əhatə dairəsi çox genişdir. Biz bunu strateji tərəfdaşlıq adlandırırıq.
Axar.az xəbər verir ki, bunu Soçidə Prezident İlham Əliyevlə görüşü zamanı Rusiya Prezidenti Vladimir Putin deyib.
“Münasibətlərimiz həm siyasi, həm də iqtisadi istiqamətdə inkişaf edir. Keçən il qarşılıqlı əmtəə dövriyyəsinin həcmi 34 faiz, hətta 34 faizdən də çox artıb, bu ilin birinci yarısında isə mülki təyinatlı məhsulların satış həcmi 20 faiz artıb. Bu, çox yaxşı göstəricidir. Lakin təbii ki, bizim həmişə danışmağa mövzumuz var. Çox şadam ki, Siz bizim dəvətimizi qəbul edib bu gün Rusiyaya gəlmisiniz. Xoş gəlmisiniz!” – Putin bildirib.