|
S-400 zenit raket komplekslərini almaq üçün Ankara heç kimdən icazə istəməyəcək.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan danışıb.
“Biz Rusiya ilə S-400-lərlə bağlı müqavilə imzalamışıq. Bu bəzilərini narahat edir. Bağışlayın, ancaq biz kimdənsə icazə almayacağıq”, - Ərdoğan bildirib.