|
ABŞ-ın Hantinqton şəhərində yerləşən VSAZ televiziyasının hava proqnozunun aparıcısı Çelsi Ambrits həmkarı Erika Bivensə xəsarət yetirməkdə ittiham olunub.
Axar.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı informasiya yayıb.
Bivens hüquq-mühafizə orqanlarına kəllə sümüyündə qırıqlar və qulaq pərdəsinin yırtılması ilə bağlı şikayət edib.
Aparıcıların arasındakı mübahisəyə səbəb kimi qısqanclıq göstərilib. Ambritsin təqsiri sübuta yetiriləcəyi halda onu 1 il müddətinə həbs və 500 dollar cərimə cəzası gözləyir.