|
İrəvan meri Taron Markaryan istefaya gedib.
Axar.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” agentliyi yayıb.
Qeyd edək ki, Markaryan Respublikaçılar Partiyasının yaradıcılarından biri olan Andranik Markaryanın oğludur. O, 2011-ci ildən İrəvan meri vəzifəsini tutur. Markaryan son aylar ərzində Ermənistanın yeni hökumətinin əsas tənqid hədəflərindən biri olub.