|
Ermənistan Baş naziri Nikol Paşinyan yenidən Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
Axar.az xəbər verir ki, bu barədə məlumatı Paşinyan Feysbuk səhifəsində canlı yayım zamanı paylaşıb. O, son günlər Rusiya-Ermənistan münasibətlərinin pisləşməsi ilə bağlı yayılan fikirlərlə razılaşmadığını bildirib:
“Biz fərqli səviyyələrdə münasibətlərə davam edirik. Yaxın zamanlarda Moskvaya yollanacağam. Bu, Putinlə üçüncü görüşüm olacaq. Biz gündəmimizdə olan çoxsaylı məsələləri müzakirə edəcəyik”.