|
Türkiyə ordusunun PKK terror təşkilatına qarşı keçirdiyi uğurlu əməliyyatlardan sonra ölkənin daha bir şəhərində həyat normal axarına düşüb.
Axar.az xəbər verir ki, Muş şəhərinin Varto mahalının terrorçulardan təmizlənməsindən sonra buraya su çəkilib.
Türkiyə Daxili İşlər Nazirliyinin şəhərdəki nümayəndəsi Məhməd Nuri Çətin sakinlərin 35 illik su probleminin həll edildiyini, buranın artıq təhlükəsiz olduğunu bildirib.