|
Qətər tezliklə Almaniya şirkətlərinə yeni investisiyalar yatıra bilər.
Axar.az xəbər verir ki, bu məlumatı “Handelsblat” qəzeti yayıb. Məlumata görə, Qətər əmiri Tamim bin Həməd əs-Sani sentyabrın 7-də Almaniyaya səfər edəcək və kansler Angela Merkellə görüşəcək. Görüş zamanı Sani Almaniyaya yatıracağı investisiyalardan bəhs edəcək. İnvestisiyaların həcmi bir neçə milyard təşkil edəcək.
Qeyd edək ki, Qətər hazırda Almaniyanın “Volksvagen”, “Doyçe Bank”, “Simens”, “Hoçtief” və “Solarvöld” şirkətlərində səhmlərə sahibdir.
Rəsmi Doha bundan öncə Türkiyəyə 15 milyard dollar investisiya yatıracağını bəyan edib. Maraqlı məqam odur ki, ABŞ-ın Türkiyəyə qarşı sanksiyalarından öncə Qətər rəsmiləri bu investisiyanın 20 milyard dollar olacağını demişdilər.