|
İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif danışıqlar aparmaq üçün Suriyaya səfər edib.
Axar.az xəbər verir ki, bu barədə İran XİN-dən informasiya yayılıb.
Zərif Suriyaya həmkarı Vəlid Müəllimin dəvəti ilə gedib. O, burada Suriya Prezidenti Bəşər Əsəd və digər hökumət rəsmiləri ilə danışıqlar aparacaq.
Danışıqların əsas mövzusu Suriyadakı vəziyyət və ikitərəfli münasibətlər olacaq.