|
Sentyabrın 6-da ABŞ tərəfi ilə keçiriləcək görüşdə Rusiyadan S-400 almaqdan imtina etməyəcəyimizi bildirəcəyik.
Axar.az xəbər verir ki, bu barədə Hindistanın NDTV saytı hökumət mənbələrinə istinadən məlumat yayıb.
"Rusiya ilə S-400 sazişini demək olar ki, başa çatdırdıq, daha da irəliləmək istəyirik. ABŞ tərəfinə də bu məsələdə mövqeyimizi çatdırmağı planlaşdırırıq", - məlumatda bildirilib.
Qeyd edək ki, ABŞ hökuməti rəsmi Dehlini Rusiyadan S-400 almaq fikrindən daşındırmağa çalışır, bununla bağlı qarşı tərəfi sanksiyalarla təhdid edir.