Dünyada baş verən proseslər və regionda terrora qarşı aparılan antiterror əməliyyatları Rusiya və Azərbaycanı daha sıx əməkdaşlığa vadar edir.

 

Bu sözləri Axar.az-a Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşünün yekununu şərh edən “Baku Netvörk” Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov deyib. Politoloq Azərbaycan və Rusiya münasibətlərinin yeni inkişaf səviyyəsini geosiyasi və regional kontekstdən dəyərləndirib:

“Dünyada baş verən proseslər və regionda terrora qarşı aparılan antiterror əməliyyatları Rusiya və Azərbaycanı daha sıx əməkdaşlığa vadar edir. Azərbaycan prezidentinin Rusiyaya səfəri bir daha təsdiq edir ki, iki ölkə arasında münasibətlərin dünyada gedən proseslərə böyük təsiri var. Məlumdur ki, Gürcüstanda keçirilən seçkilər və Ermənistanda baş verən proseslər regiondakı vəziyyəti kəskin şəkildə dəyişib. Əlbəttə ki, belə vəziyyətdə Rusiya-Azərbaycan əməkdaşlığı gələcəyə dair yeni baxışlar formalaşdırır. Bu gün Azərbaycan üçün bir nömrəli məsələ Dağlıq Qarabağ probleminin həllidir. Ölkəmiz siyasi, iqtisadi və hərbi baxımdan Ermənistanı üstələyir. Bu tendensiya Moskvada diqqətlə izlənilir. Rusiyada da anlayırlar ki, Azərbaycan belə gedişatlar sayəsində Qarabağ məsələsinin həllində Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyindən imtina edə və problemi Ermənistanla təkbaşına həll edə bilər. Hesab edirəm ki, prezidentlərin görüşü bu prosesi nəzarətdə saxlamaq və Qarabağ məsələsində daha da fəallaşmaq baxımından önəmlidir”.

Ekspert Soçi görüşünün iqtisadi əhəmiyyətini də xüsusilə vurğulayıb:

“Azərbaycanın yürütdüyü iqtisadi siyasət nəinki bu gün regionda neft-qaz sahəsində əməkdaşlıqda, həm də Xəzər dənizinin statusu ilə bağlı Konvensiyanın imzalanmasında mühüm töhfələr verib. Bu uğurlu siyasət bu gün də davam etdirilir. Azərbaycanın Rusiya ilə bu çərçivələrdə əməkdaşlığı çox yüksək səviyyədədir. Azərbaycan regional formatlar çərçivəsində də Rusiyanın maraq dairəsindədir. Bunlar Azərbaycan-Türkiyə-Rusiya, Rusiya-Azərbaycan-İran formatlarıdır. Belə bir məqamda Azərbaycan prezidentinin uğurlu Soçi görüşü və yekunda 16 sənədin imzalanması Rusiya ilə münasibətlərin inkişafında növbəti mərhələdən xəbər verir”.

19 Aprel 2025 Bu gün İranla ABŞ yenidən danışıqlar aparacaq
18 Aprel 2025 Ermənistan NATO standartlarına görə ordu qurur
18 Aprel 2025 Rusiyada dövlətə xəyanətin sayı dəfələrlə artıb - RƏSMİ
18 Aprel 2025 Ankara İrəvan-Bakı yaxınlaşmasında müstəsna rol oynaya bilər - Mirzoyan
18 Aprel 2025 ABŞ Suriyadakı hərbçilərinin sayını azaldır - KİV
18 Aprel 2025 Zelenski açıqladı: Gözlənilən saziş imzalanacaq
17 Aprel 2025 Rəsmi Vaşinqtonun Cənubi Qafqazda sülh səylərinə marağı böyüyür - Mirzoyandan AÇIQLAMA
17 Aprel 2025 Mirzoyandan sensasion açıqlama: Sülh müqaviləsi Azərbaycan-Ermənistan sərhədində imzalana bilər
17 Aprel 2025 "Ermənistan və Azərbaycan vasitəçilər olmadan bir-birini daha yaxşı anlayır" - Mirzoyan
17 Aprel 2025 Rusiyadan NÖVBƏTİ VƏHŞİLİK: Dnepri ATƏŞƏ TUTDU,dinc sakinləri ÖLDÜRDÜ, Mariupolda evləri ƏLƏ KEÇİRDİ
17 Aprel 2025 Almaniya ilk dəfə xaricdə hərbi kontingent yerləşdirdi
17 Aprel 2025 Makron dünya nəhəngini necə çökdürür: Fransanın iflas ssenarisi reallaşır
16 Aprel 2025 Paşinyandan ikibaşlı sülh sazişi açıqlaması
16 Aprel 2025 ABŞ-dan 30 ölkə ilə bağlı KRİTİK QƏRAR
16 Aprel 2025 Paşinyan parlamentdə danışdı, o isə rəsm çəkdi - Video
16 Aprel 2025 Makron 12 diplomatı qovdu, səfiri geri çağırdı
16 Aprel 2025 Netanyahu Qəzzanın şimalına səfər etdi
16 Aprel 2025 ABŞ Ermənistana yardımı dayandırdı
16 Aprel 2025 ABŞ Suriyadan çıxır?
16 Aprel 2025 Saakaşvili: "İlham Əliyev regionun lideri və yeni prinsipin yaradıcısıdır"

Xəbər lenti