|
ABŞ Suriyadakı fəaliyyətsizliyinin qarşılığını ödəyir.
Axar.az xəbər verir ki, bunu “CBS Nyus”a müsahibəsində ABŞ-ın keçmiş dövlət katibi Con Kerri deyib. O, zamanında ABŞ-ın keçmiş prezidenti Barak Obamanı Suriya Prezidenti Bəşər Əsədə “dərs verilməsi” ilə bağlı inandırmadığını etiraf edib:
“Mən bir neçə ideya irəli sürdüm. Mənim dəlilim prezidenti razı salmadı. Hesab edirəm ki, bizim bir neçə alternativimiz var idi”.