Xəbər verildiyi kimi, Ukrayna separatçılarının liderlərindən Aleksandr Zaxarçenko avqustun 31-də, Donetskin mərkəzində “Separ” kafesinin işıq lampasına əvvəlcədən yerləşdirilən bombanın partlaması nəticəsində ölüb.

 

Həm Rusiya, həm də onun Ukraynanın şərqində qurduğu oyuncaq “DXR”in nümayəndələri hadisəni Ukrayna xüsusi xidmət orqanlarının üstünə yıxıb. Dünən isə Vladimir Putinin mətbuat katibi Peksov bunun siyasi nəticələrinin olacağı ilə bağlı rəsmi Kiyevi təhdid edib.

Rusiyanın müxalifyönümlü “Novaya qazeta” nəşri isə hadisəyə başqa bir prizmadan yanaşıb. Qəzet yazarı Pavel Kanıginin fikrincə, Zaxarçenkonun ölümündə elə məhz Moskva maraqlı ola bilər.

Müəllif ukraynalı separatçının ölümünün digər bölücü rəhbərlərin “qətl seriyasını” davam etdirdiyinə diqqət çəkib. Bunların içində səhra komandirləri Mozqovoy, İşenko, Dremov, “Motorola” ləqəbli Arsen Pavlov, “Givi” adı ilə tanınan Mixail Tolstıxın adlarını çəkmək olar.

Zaxarçenkoya gəldikdə isə bu adamın hərbi işlə hər hansı əlaqəsi olmayıb. Özü isə ömür boyu ticarətlə məşğul olub. Donbasdakı münaqişəyə qədər isə o, toyuq əti istehsalı ilə məşğul olan “Qavrilovkiye kurçata” şirkətinin nümayəndəsi işləyib.

2013-cü ilin dekabrında isə Zaxarçenko “Oplot” hərbiləşdirilmiş təşkilatının Xarkov bölməsinə rəhbərlik edib. 2014-cü ilin aprelində o, 7 nəfər silahlı adamla birlikdə Donetsk vilayət inzibati mərkəzinin binasını ələ keçirib.

Malayziyaya məxsus mülki təyyarənin Donetsk səmalarında vurulmasından sonra “DXR” “baş naziri” Aleksandr Boroday istefa verib, bununla da Ukraynanın şərq bölgəsinin nominal rəhbərliyi Zaxarçenkonun əlinə keçib.

Aleksandr Zaxarçenko sülh və hərb kimi strateji məsələlərə qarışmayıb. Bu hüquq Kremlin müstəsna səlahiyyətində olub. Lakin Zaxarçenko yerli yarıkriminal iqtisadiyyatın “təsərrüfat” aspektlərini öz əlinə keçirə bilib.

Zaxarçenkonun rəhbərliyi altında yerli “Oplot”un bazası əsasında qurulan respublika qvardiyası olub. 2016-cı illərdə guya “DXR” və “LXR”in hərbi güclərini birləşdirməsindən sonra “Qvardiya korpusu” Rusiyanın hərbi kuratorlarının nəzarətində olmayan yeganə birlik kimi qala bilir.

“Novaya qazeta” ya danışanlar son illər ərzində Zaxarçenkonun görməmişliyinin Moskvanı bezdirdiyini deyiblər. Xüsusilə Zaxarçenko ilə “DXR”in “gəlirlər naziri” “Daşkənd” ləqəbli Aleksandr Timofeyev Donetsk kömürünün çıxarılması və onun Rusiyaya nəqlini öz əllərinə keçiriblər. Həmin kömür isə Rusiya xammalı adı altında yenidən Ukraynaya qaytarılıb. (Ukrayna metallurgiyası, istilik elektrik stansiyaları Donetsk kömüründən asılıdır-red.). Bundan başqa, Ukrayna iqtisadiyyatında son iki ildə baş verən canlanma ölkənin kömürə olan tələbatını daha da artırıb. Bunun nəticəsində Ukrayna və Rusiya arasında 2014-cü ilə qədər 28 milyard dollardan yuxarı olan, lakin 2016-cı ildə 10 milyarda düşən ticarət həcmi yenidən artıb. Yəni Donetsk şaxtaları daha gəlirli biznes mənbəyinə çevrilib. Zaxarçenko-Timofeyev cütlüyü isə bu işdən öz paylarını alıblar.

Zaxarçenkonun bu səbəbdən Rusiyadakı bəzi dairələrlə münaqişəyə girməsi isə, görünür, Moskvada bəzilərinin xoşuna gəlməyib.

Bundan başqa, Zaxarçenkonun ölümü siyasi cəhətdən də Moskvaya sərf edə bilər.

Qeyd etmək lazımdır ki, Aleksandr Zaxarçenko “Luqansk Xalq Respublikası”nın lideri İqor Plotnitski ilə bərabər Minsk sazişlərini imzalayanlardan biridir. (Sonuncu 2017-ci ilin noyabrında vəzifəsindən istefa verib).

Onların ikisinin birdən getməsi zatən bir bəndinə belə riayət edilməyən sazişin mövcudluğunu bitirə bilərdi. Lakin separatizmin simvollaşmış isimlərinin bir-bir sıradan çıxması Minsk anlaşmasına yeni bir nəfəs verir. Elə Ukraynanın özündə də radikal millətçi qrup və taborların sayının azalması müşahidə edilir.

Artıq indidən Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volkerlə konstruktiv dialoqun aparılması üçün görüşmək istədiyini deyir.

19 Aprel 2025 Bu gün İranla ABŞ yenidən danışıqlar aparacaq
18 Aprel 2025 Ermənistan NATO standartlarına görə ordu qurur
18 Aprel 2025 Rusiyada dövlətə xəyanətin sayı dəfələrlə artıb - RƏSMİ
18 Aprel 2025 Ankara İrəvan-Bakı yaxınlaşmasında müstəsna rol oynaya bilər - Mirzoyan
18 Aprel 2025 ABŞ Suriyadakı hərbçilərinin sayını azaldır - KİV
18 Aprel 2025 Zelenski açıqladı: Gözlənilən saziş imzalanacaq
17 Aprel 2025 Rəsmi Vaşinqtonun Cənubi Qafqazda sülh səylərinə marağı böyüyür - Mirzoyandan AÇIQLAMA
17 Aprel 2025 Mirzoyandan sensasion açıqlama: Sülh müqaviləsi Azərbaycan-Ermənistan sərhədində imzalana bilər
17 Aprel 2025 "Ermənistan və Azərbaycan vasitəçilər olmadan bir-birini daha yaxşı anlayır" - Mirzoyan
17 Aprel 2025 Rusiyadan NÖVBƏTİ VƏHŞİLİK: Dnepri ATƏŞƏ TUTDU,dinc sakinləri ÖLDÜRDÜ, Mariupolda evləri ƏLƏ KEÇİRDİ
17 Aprel 2025 Almaniya ilk dəfə xaricdə hərbi kontingent yerləşdirdi
17 Aprel 2025 Makron dünya nəhəngini necə çökdürür: Fransanın iflas ssenarisi reallaşır
16 Aprel 2025 Paşinyandan ikibaşlı sülh sazişi açıqlaması
16 Aprel 2025 ABŞ-dan 30 ölkə ilə bağlı KRİTİK QƏRAR
16 Aprel 2025 Paşinyan parlamentdə danışdı, o isə rəsm çəkdi - Video
16 Aprel 2025 Makron 12 diplomatı qovdu, səfiri geri çağırdı
16 Aprel 2025 Netanyahu Qəzzanın şimalına səfər etdi
16 Aprel 2025 ABŞ Ermənistana yardımı dayandırdı
16 Aprel 2025 ABŞ Suriyadan çıxır?
16 Aprel 2025 Saakaşvili: "İlham Əliyev regionun lideri və yeni prinsipin yaradıcısıdır"

Xəbər lenti