Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 1-də Rusiya Federasiyasına rəsmi səfəri ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən humanitar sahədə münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

 

Kult.az xəbər verir ki, bu sözləri “Space” telekanalının rəhbəri, görkəmli kinorejissor, Xalq artisti, Azərbaycan Dövlət mükafatı laureatı, “Şərəf” ordenli Vaqif Mustafayev Azərtac-a açıqlamasında deyib.

Vaqif Mustafayev bildirib ki, Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşündə humanitar sahədə əlaqələrin genişləndirilməsi məsələsi əsas müzakirə mövzularından biri olub. Dövlətimizin başçısının mətbuata bəyanatında bildirdiyi kimi, Azərbaycanda rus mədəniyyətinə, rus dilinə, əsrlər boyu xalqlarımızı birləşdirmiş və bu gün də birləşdirən nə varsa, hamısına çox qayğı ilə yanaşılır.

Xalq artisti əminliklə bildirib ki, mədəniyyət sahəsində qurulan və genişləndirilən əməkdaşlıq əlaqələri xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır. Bu yaxınlarda “Oskar” mükafatı laureatı, Rusiya Kinematoqrafçılar İttifaqının sədri, kinorejissor Nikita Mixalkovun ona ünvanlandığı məktubu xatırladan Vaqif Mustafayev həmin məktubun qonşu ölkələrimiz arasındakı dostluq əlaqələrinin bariz nümunəsi olduğunu vurğulayıb. Nikita Mixalkovun Vaqif Mustafayeva ünvanlandığı məktubda deyilir: “Siz hələ Moskvada Ali Ssenaristlər və Rejissorlar kurslarının müdavimi olarkən özünəməxsus kinematoqrafik dəstxətiniz və həyata orijinal ironik baxışınızla hamını heyrətləndirirdiniz. Sonra film ardınca film, uğur ardınca uğur... Beləcə, Sizin sənədli, komik və ciddi kinoəsərlərinizin dünya ekranlarına zəfər yürüşü başlandı. Hər biri istedadlı müəllifin yüksək ustalığı ilə seçilən “Yaramaz”, “Hər şey yaxşılığa doğru”, “Milli bomba”, “Bir həsədin tarixi” filmləri keçmiş SSRİ-də, Rusiya Federasiyasında, yaxın və uzaq xarici ölkələrdə keçirilən kinofestivallarda ali mükafatlara layiq görüldü. Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyev haqqında sonuncu bədii film isə bu ekran əsərinə tamaşa etmiş kinematoqrafçıların ümumi rəyinə görə, heç şübhəsiz, kinematoqrafın yaradıcılığında mühüm hadisədir.

Rusiya kinematoqrafçıları Sizi yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə bütün təşəbbüslərinizdə yeni-yeni uğurlar, cansağlığı və firavanlıq arzulayırlar”.

Vaqif Mustafayev qeyd edib ki, bu məktubda ifadə olunan fikirlər Azərbaycan kinosuna verilən yüksək qiymətdir.

19 Aprel 2025 Bu gün İranla ABŞ yenidən danışıqlar aparacaq
18 Aprel 2025 Ermənistan NATO standartlarına görə ordu qurur
18 Aprel 2025 Rusiyada dövlətə xəyanətin sayı dəfələrlə artıb - RƏSMİ
18 Aprel 2025 Ankara İrəvan-Bakı yaxınlaşmasında müstəsna rol oynaya bilər - Mirzoyan
18 Aprel 2025 ABŞ Suriyadakı hərbçilərinin sayını azaldır - KİV
18 Aprel 2025 Zelenski açıqladı: Gözlənilən saziş imzalanacaq
17 Aprel 2025 Rəsmi Vaşinqtonun Cənubi Qafqazda sülh səylərinə marağı böyüyür - Mirzoyandan AÇIQLAMA
17 Aprel 2025 Mirzoyandan sensasion açıqlama: Sülh müqaviləsi Azərbaycan-Ermənistan sərhədində imzalana bilər
17 Aprel 2025 "Ermənistan və Azərbaycan vasitəçilər olmadan bir-birini daha yaxşı anlayır" - Mirzoyan
17 Aprel 2025 Rusiyadan NÖVBƏTİ VƏHŞİLİK: Dnepri ATƏŞƏ TUTDU,dinc sakinləri ÖLDÜRDÜ, Mariupolda evləri ƏLƏ KEÇİRDİ
17 Aprel 2025 Almaniya ilk dəfə xaricdə hərbi kontingent yerləşdirdi
17 Aprel 2025 Makron dünya nəhəngini necə çökdürür: Fransanın iflas ssenarisi reallaşır
16 Aprel 2025 Paşinyandan ikibaşlı sülh sazişi açıqlaması
16 Aprel 2025 ABŞ-dan 30 ölkə ilə bağlı KRİTİK QƏRAR
16 Aprel 2025 Paşinyan parlamentdə danışdı, o isə rəsm çəkdi - Video
16 Aprel 2025 Makron 12 diplomatı qovdu, səfiri geri çağırdı
16 Aprel 2025 Netanyahu Qəzzanın şimalına səfər etdi
16 Aprel 2025 ABŞ Ermənistana yardımı dayandırdı
16 Aprel 2025 ABŞ Suriyadan çıxır?
16 Aprel 2025 Saakaşvili: "İlham Əliyev regionun lideri və yeni prinsipin yaradıcısıdır"

Xəbər lenti