|
Ermənistan Xüsusi İstintaq Xidməti 1 mart qırğınlarıyla bağlı yeni cinayət işi açıb.
Axar.az xəbər verir ki, bu barədə məlumatı Xüsusi İstintaq Xidməti yayıb. Xidmət 1 mart günü 1300 polisin İrəvanın Azadlıq meydanında toplaşan etirazçılara qarşı güc tətbiq etməsi barədə sübutlar əldə etdiyini bildirib. Bu polislərin etirazçıları meydandan qovduğu və şəhərin mərkəzində təqib etdiyi vurğulanıb.
Qeyd edək ki, bundan öncə 1 mart qırğınlarıyla əlaqədar eks-prezident Robert Köçəryan, KTMT Baş katibi Yuri Xaçaturov, keçmiş müdafiə naziri Arutyunyana qarşı cinayət işi açılıb.