Xəbər verildiyi kimi, Ukrayna separatçılarının liderlərindən Aleksandr Zaxarçenko avqustun 31-də, Donetskin mərkəzində “Separ” kafesinin işıq lampasına əvvəlcədən yerləşdirilən bombanın partlaması nəticəsində ölüb.

 

Həm Rusiya, həm də onun Ukraynanın şərqində qurduğu oyuncaq “DXR”-in nümayəndələri hadisəni Ukrayna xüsusi xidmət orqanlarının üstünə yıxıb. Dünən isə Vladimir Putinin mətbuat katibi Peksov bunun siyasi nəticələrinin olacağı ilə bağlı rəsmi Kiyevi təhdid edib.

Rusiyanın müxallifyönümlü “Novaya qazeta” nəşri isə hadisəyə başqa bir prizmadan yanaşıb. Qəzet yazarı Pavel Kanıginin fikrincə, Zaxarçenkonun ölümündə elə məhz Moskva maraqlı ola bilər.

Müəllif ukraynalı separatçının ölümünün digər bölücü rəhbərlərin “qətl seriyasını” davam etdirdiyinə diqqət çəkib. Bunların içində səhra komandirləri Mozqovoy, İşenko, Dremov, “Motorola” ləqəbli Arsen Pavlov, “Givi” adı ilə tanınan Mixail Tolstıxın adlarını çəkmək olar.

Картинки по запросу беднов ищенко мозговой дремов

Zaxarçenkoya gəldikdə isə bu adamın hərbi işlə hər hansı əlaqəsi olmayıb. Özü isə ömür boyu ticarətlə məşğul olub. Donbasdakı münaqişəyə qədər isə o, toyuq əti istehsalı ilə məşğul olan “Qavrilovkiye kurçata” şirkətinin nümayəndəsi  işləyib.

2013-cü ilin dekabrında isə Zaxarçenko “Oplot” hərbiləşdirilmiş təşkilatının Xarkov bölməsinə rəhbərlik edib. 2014-cü ilin aprelində o, 7 nəfər silahlı adamla bilrikdə Donetsk vilayət inzibati mərkəzinin binasını ələ keçirib.

Malayziyaya məxsus mülki təyyarənin Donetsk səmalarında vurulmasından sonra “DXR” “baş naziri” Aleksandr Boroday istefa verib, bununla da Ukraynanın şərq bölgəsinin nominal rəhbərliyi Zaxarçenkonun əlinə keçib.

Картинки по запросу захарченко 2014

Aleksandr Zaxarçenko sülh və hərb kimi strateji məsələlərə qarışmayıb. Bu hüquq Kremlin müstəsna səlahiyyətində olub. Lakin Zaxarçenko yerli yarıkriminal iqtisadiyyatın “təsərrüfat” aspektlərini öz əlinə keçirə bilib.

Zaxarçenkonun rəhbərliyi altında yerli “Oplot”un bazası əsasında qurulan respublika qvardiyası olub. 2016-cı illərdə guya “DXR” və “LXR”-in hərbi güclərini birləşdirməsindən sonra “Qvardiya korpusu” Rusiyanın hərbi kuratorlarının nəzarətində olmayan yeganə birlik kimi qala bilir.

Картинки по запросу захарченко 2014

“Novaya qazeta” ya danışanlar son illər ərzində Zaxarçenkonun görməmişliyinin Moskvanı bezdirdiyini deyiblər. Xüsusilə Zaxarçenko ilə “DXR”-in “gərlirlər naziri” “Daşkənd” ləqəbli Aleksandr Timofeyev Donetsk kömürünün çıxarılması və onun Rusiyaya nəqlini öz əllərinə keçiriblər. Həmin kömür isə Rusiya xammalı adı altında yenidən Ukranaya qaytarılıb. (Ukrayna metallurgiyası, istilik elektrik stansiyaları Donetsk kömüründən asılıdır-red.). Bundan başqa, Ukrayna iqtisadiyyatında son iki ildə baş verən canlanma ölkənin kömürə olan tələbatını daha da artırıb. Bunun nəticəsində Ukrayna və Rusiya arasında 2014-cü ilə qədər 28 milyard dollardan yuxarı olan, lakin 2016-cı ildə 10 milyarda düşən ticarət həcmi yenidən artlb. Yəni Donetsk şaxtaları daha gəlirli biznes mənbəyinə çevrilib. Zaxarçenko-Timofeyev cütlüyü isə bu işdən öz “komissiyon” paylarını alıblar.

Zaxarçenkonun bu səbəbdən Rusiyadakı bəzi dairələrlə münaqişəyə girməsi isə, görünür, Moskvada bəzilərinin xoşuna gəlməyib.

Картинки по запросу захарченко ташкент

Bundan başqa, Zaxarçenkonun ölümü siyasi cəhətdən də Moskvaya sərf edə bilər.

Qeyd etmək laımdır ki, Aleksandr Zaxarçenko “Luqansk Xalq Respublikası”nın lideri İqor Plotnitski ilə bərabər Minsk sazişlərini imzalayanlardan biridir. (Sonuncu 2017-ci ilin noyabrında vəzifəsindən istefa verib).

Onların ikisinin birdən getməsi zatən bir bəndinə belə riayət edilməyən sazişin mövcudluğunu bitirə bilərrdi. Lakin separatizmin simvollaşmış isimlərinin bir-bir sıradan çıxması Minsk anlaşmasına yeni bir nəfəs verir. Elə Ukraynanın özündə də radikal millətçi qrup və taborların sayının azalması müşahidə edilir.

Artıq indidən Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volkerlə konstruktiv dialoqun aparılması üçün görüşmək istədiyini deyir.

23 Noyabr 2024 Paşinyan: Bakıya qarşı iddiadan da əl çəkəcəyik
23 Noyabr 2024 Türkiyədən İraqa xəbərdarlıq: İraq türkmənlərinin yanındayıq
23 Noyabr 2024 Daha bir ölkə Netanyahunu hebs edəcək
23 Noyabr 2024 Daha bir ölkə Netanyahunu həbs edəcək
23 Noyabr 2024 Paşinyan: Bakının tələbəni yerinə yetirməsək dövlətçiliyimiz məhv olacaq
23 Noyabr 2024 Paşinyan saqqalını qırxmasının səbəbini açıqladı: Qızımın istəyidir
23 Noyabr 2024 Putin generalları TƏCİLİ topladı, koreyalılar XARKOVDADIR: HÜCUM hazırlığı...
23 Noyabr 2024 "Bizi ot kimi biçirlər"- Rusiya əsgərləri döyüşdəki vəziyyətlərindən şikayətləndi
23 Noyabr 2024 Paşinyan Poqosyana yüksək vəzifə verdi
23 Noyabr 2024 Almaniyada gizli MÜHARİBƏ PLANI - Rusiyaya qarşı ŞOK TƏHDİD
23 Noyabr 2024 Qorxunc ZƏLZƏLƏ ilə bağlı XƏBƏRDARLIQ! - "7-7.5 bal arası..."
23 Noyabr 2024 Paşinyan: İlin sonuna qədər Azərbaycanla müqavilə imzalamaq üçün hər şeyi edəcəm
23 Noyabr 2024 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür
23 Noyabr 2024 Bayden Üçüncü Dünya Müharibəsini başlatdı: Nüvə savaşı isə tezliklə planeti “alov topu”na çevirəcək
22 Noyabr 2024 Hülusi Akardan dünya müharibəsi xəbərdarlığı: "Bu, zarafat deyil"
22 Noyabr 2024 Almaniya Rusiya ilə müharibəyə hazırlaşır - Bundesverin gizli planı
22 Noyabr 2024 III dünya müharibəsi başlasa Rusiya ilk bu ölkəni vuracaq - Zaxarova
22 Noyabr 2024 Zalujnı: Üçüncü Dünya müharibəsi başladı
22 Noyabr 2024 Bakıdan sonra iki ölkə həyəcan təbili çaldı: “Dərhal çıxın”
22 Noyabr 2024 Türkiyə ABŞ-ın Suriyadan çıxarılmasına çalışır: Ağ Ev isə hələ də israrla terrorçuları dəstəkləyir

Xəbər lenti