|
Suriyanın cənubunda humanitar vəziyyət Qərb mətbuatında şişirdildiyi qədər kritik deyil.
Axar.az xəbər verir ki, bunu Suriyada fəaliyyət göstərən "Albosleh" informasiya agentliyinin rəhbəri Xalid Matrud deyib.
Matrud qeyd edib ki, iyulun 6-da İsveç və Küveytin tələbi ilə BMT-də qapalı iclas keçirilib və cənub regionlardakı münaqişələr və humanitar vəziyyətin pisləşməsi barədə müzakirələr aparılıb. Suriya ordusu bölgə sakinlərinin hüquqlarını pozmur.