|
İngiltərənin Xarici İşlər naziri Boris Conson istefa verib.
Axar.az xəbər verir ki, Consonun istefasının Baş nazir Tereza Meyə böyük zərbə olduğu bildirilir.
Consonun Breksit və Avropa Birliyi ilə yaşanan böhran səbəbindən istefa verdiyi ehtimal edilir.
Qeyd edək ki, bundan öncə İngiltərənin Breksit üzrə naziri Devid Devis istefa vermişdi.